|
|
|
Sığorta | | | “AtaSığorta”ASC yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə etdi |
15.11.2017 | |
| |
Baki, FinanceTime. “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindənyeni ISO 9001:2015 beynəlxalq sertifikatınalayiq görülmüşdür. Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO)keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
|
|
|
|