Baki, FinanceTime. Məlum olduğu kimi ölkəmizdə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. “AtaSığorta” ASC donor qanına olan ehtiyacın təmin edilməsi məqsədilə Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə qanvermə aksiyası keçirib. Qanvermə aksiyası Zərifə Əliyeva küçəsi ünvanında yerləşən “AtaSığorta” ASC-nin baş ofisində təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq “AtaSığorta” ASC, “Synergy Qroup” ASC və bir sıra şirkətlərin əməkdaşları yüksək həvəslə iştirak edərək qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 95 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.