Baki, FinanceTime. “PAŞA Həyat” 2017-cı ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin 9 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 112,192 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,389 mln.manat və ya 81,5% çoxdur.
E.Hüseynquluyev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 38,288 mln. manat həcmində ödəniş edilib. Ödənişlər müvafiq dövrlə müqayisədə 12,691 mln. manat və ya 50% artıb.
“PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Сari ilin sentyabr ayının 1-nə cəmiyyətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edib.
Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.