|
|
|
Sığorta | | | Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək |
02.10.2017 | |
| |
Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) 05 və 06 oktyabr 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada ümumilikdə 32 nəfərin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
|
|
|
|