1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask müştərilərinə "Şəxsi kabinet" təqdim edir
25.09.2017

Baki, FinanceTime. AXA MBASK Onlayn Müştəri Xidmətlərinin  imkanları genişlənir. Şirkətin rəsmi saytında fərdi və korporativ müştərilər üçün yeni xidmət – "Şəxsi Kabinet"i istifadəyə verilir. Artıq müştərilər şahadətnaməri  və sığorta  hadisələri haqqında bütün mümkün məlumatları internet bağlantısının olduğu istənilən yerdən istənilən vaxt əldə edə bilər.

Bu layihə müştərilərin şirkətlə qarşılıqlı münasibətlərinin mümkün qədər sadə və rahat edilməsinə istiqamətlənmiş müştəriyönümlü strategiya çərçivəsində reallaşdırılıb.

"Şəxsi kabinet"ə www.axambask.az saytının baş səhifəsindən keçmək mümkündür.

Şəxsi kabinetə daxil olmaq üçün prosedur çox sadədir və cəmi bir neçə dəqiqə vaxtınızı alacaq. Bunun üçün ilkin qeydiyyat prosedurundan keçmək lazımdır:  sığorta edilən şəxs pin kodu və ya VÖEN-i daxil edir və SMS-lə şifrəsini alır.

Sığorta müqavilələri haqqında bütün məlumatlar və müştərilərin şəxsi məlumatları etibarlı surətdə qorunur.

Müştərilər yeni imkandan istifadə etməklə günün 24 saatı, həftənin 7 günü ərzində bütün (qüvvədə olan və əvvəlki) polislər üzrə  ətraflı məlumatları əldə edə, sığorta hadisələri üzrə işlərin baxış statusunu dəqiqləşdirə, çatışmayan sənədlər haqqında əlavə məlumat ala və əlaqə məlumatlarını idarə edə biləcəklər.

 "Şəxsi kabinet" zərərin tənzimlənməsi prosesini müştəri üçün şəffaf və anlaşıqlı etməyə imkan verir. Bu da son nəticədə onun şirkətə loyallığını artırır.

Gələcəkdə "Şəxsi kabinetə" yeni funksiyalar əlavə ediləcək və  əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.

Sığorta bazarında müştərilərə xidmət daha yüksək standartlara uyğunlaşdırılaraq daima inkişaf edir. AXA MBASK müştərilərin arzularını qabaqcadan duymağa çalışır, müştərilərin şirkətlə kommunikasiyalarının sadəliyinə və rahatlığına böyük diqqət yetirir. 

Məhz buna görə şirkət ardıcıl olaraq xidmətin təkmilləşdirilməsinə yönəlmiş veb-servisləri inkişaf etdirir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment