1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“No More Ransom” layihəsi kiber fırıldaqçıların qurbanlarını səkkiz milyon avroluq xərcdən xilas edib
09.08.2017

Baki, FinanceTime.  Bir il bundan öncə, 2016-cı ilin iyul ayında “Kaspersky Lab”, McAfee, Avropol və Niderland polisi tərəfindən troya-fırıldaqçıları ilə mübarizəyə yönəlmiş birgə beynəlxalq təşəbbüs olan “No More Ransom” layihəsi işə salınmışdı. Layihənin ilk ilinin əsas nəticələri kimi şirkət aşağıdakı rəqəmləri təqdim edir: 28 mindən artıq cihazda zərərli proqram təminatları aşkarlanıb və fırıldaqçılar tərəfindən tələb olunan məbləğin 8 milyon avro dəyərində olan hissəsinə isə qənaət olunduğu bildirilibdir.

www.nomoreransom.org saytında “Kaspersky Lab” və layihənin digər iştirakçıları tərəfindən hazırlanmış faylların deşifrə olunması üçün 54 alət tapmaq mümkündür. Bu alətlər 104 növ fırıldaqçılıqla uğurla mübarizə apara bilirlər. İl ərzində “No More Ransom” saytına 1,3 milyon unikal istifadəçi daxil olmuş və onların 150 mini məhz 14 may tarixinə — “WannaCry” adlı şifrləyici epidemiyasının pik nöqtəsinə təsadüf edir. “No More Ransom” platforması artıq 26 dildə mövcuddur. Ötən il ərzində sıralarında özəl şirkətlər və müxtəlif ölkələrin hüquq-mühafizə orqanları olan yüzdən çox tərəfdaş layihəni dəstəkləyibdir. Tərəfdaşlar sırasına yeni qoşulmuş qurumlardan – “Barclays” bank konqlomeratı, Belçikaya məxsus CERT (CERT.BE) və kiberekspertiza üzrə Qlobal forum (Global Forum on Cyber Expertise, GFCE), eyni zamanda da Çexiya, Yunanıstan, Honq-Konq və İranın hüquq-mühafizə orqanları da daxildir.

“Hər gün daha çox istifadəçi və təşkilatlar fırıldaqçı-proqramlardan zərər çəkir. Sadəcə “WannaCry” virusunun qurbanlarının sayı bir neçə gün ərzində 150 ölkədən müxtəlif kommersiya təşkilatları  və kritik infrastruktur obyektləri də daxil olmaqla, 300 min istifadəçiyə qədər çatmışdı. “ExPetr” şifrləyicisinin hücumuna məruz qalan bəzi təşkilatlar hələ də özlərinə gələ bilməyiblər. Bu epidemiyalar tendensiyanı sadəcə təsdiq etmiş olurlar. Həmçinin fırıldaqçılarla üzləşənlərin ümumi sayı artmaqda davam edir: son il ərzində bu say 11% artıb və artıq 2,5 milyon insanı aşıbdır. Bu kimi hallarda təhlükələrə qarşı birgə mübarizə aparmaq daha məqsədəuyğundur, belə ki, qlobal problemləri yalnız qlobal səylərlə aradan qaldırmaq olar,” – deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə eksperti Anton İvanov bildirib.

Bütün dünyada hüquq-mühafizə orqanları fırıldaqçı-proqramlarla bağlı kibercinayətkarlıqla mübarizə aparır, lakin bu kimi halların qarşısını almaq onların fəsadlarını aradan qaldırmaqdan daha asandır. Bu səbəbdən internet istifadəçiləri ilk öncə cinayət qurbanı olmaqdan yaxa qurtarmağın yollarını bilməlidirlər. Fırıldaqçının hücumunu qabaqlamaqla bağlı məsləhətləri bu keçiddən əldə edə bilərsiniz: www.nomoreransom.org/ru/prevention-advice.html.

Ancaq siz artıq zərərli proqram təminatının qurbanı olmusunuzsa, ekspertlər heç bir halda pul verməməyi və məruz qaldığınız zərər barədə mütləq polisə məlumat verməyi məsləhət görürlər.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment