Baki, FinanceTime. “Kaspersky Lab” şirkətiistifadəçi adı (login) və parolların etibarlısaxlanmasına imkan verən, həmçinin bu məlumatları müxtəlif tətbiq və xidmətlərdə istifadəsini təmin edən“Kaspersky Password Manager“ həllinin yeni versiyasını təqdim edir.
Bu həll vasitəsilə istifadəçilər “Windows” və OS X platformaları üzərində çalışan cihazlar üçün güclü kod kombinasiyaları yarada bilərlər ki, bu zaman əl ilə daxil edilmiş parolların təhlükəsizliyi avtomatik olaraq yoxlanacaq. Bununla yanaşı, “Kaspersky Password Manager”in yeni versiyasının istifadəçiləri “My Kaspersky” portalında şəxsi səhifələrinə kənardan giriş imkanı əldə edirlər. Bu funksiya tətbiqi quraşdırmaq mümkün olmadıqda və ya istifadəçi məlumatlarınıözgəcihazlardan daxil etmək gərəkdikdə əlverişlidir. Hər hansı bir sayt və ya xidmət üçün lazımi simvol kombinasiyasını tapmaq yeni səs idarəsistemi ilə (“Google Chrome” brauzeri üçün) daha da rahatlaşıb. “Kaspersky Password Manager”in yenilənmiş versiyası digər analoji həllərdən parol bazasını əldə etməyə imkan verir.
“Kaspersky Lab”ın apardığı sorğuya* əsasən, rusiyalı istifadəçilərin yarısından çoxu (52%-i) parollarının kibercinayətkarların əlinə keçməsindən ehtiyat edir. Maraqlıdır ki, hətta şəxsi şəkillər və videoyazılar istifadəçilər üçün bundan daha az əhəmiyyət kəsb edir, belə ki, sorğuda iştirak edənlərin yalnız 33%-i bu məlumatlara görə narahat olduğunu bildirib. Prioritetlərin bu cür sıralanması heç də təsadüfi deyil: sözügedən sorğunun nəticələrinə əsasən,Rusiyada hər altı internet istifadəçisindən biri onlayn hesabının sındırılması cəhdləri iləqarşılaşıb.
“İstifadəçiləri başa düşmək olar – bu gün əksəriyyətimizin onlarla fərqli onlayn hesabı var: poçt, sosial şəbəkələr, onlayn bankçılıq, oyunlar, messencerlər və s. Hər bir hesab üçün mürəkkəb parollar fikirləşmək və yadda saxlamaq çətindir. Məhz bu səbəbdən hər bir xidmət üçün fərqli, etibarlı simvol kombinasiyası emal edən, bu parolları qoruyan, müxtəlif cihazlara sinxronizasiya imkanı verən və saytlarda formalara avtomatik daxil edən “Kaspersky Password Manager” kimi xüsusi tətbiqlər mövcuddur. Bu cür tətbiqlərdən faydalanan zaman istifadəçilərdən onlarla parol əvəzinə yalnız bir master-parolu yadda saxlamaq tələb olunur.Sözügedən tətbiq hesabların təhlükəsizliyini təmin edir və zehni digər qayğılar üçün boşaldır”, - deyə “Kaspersky Lab”ın ev istifadəçiləri üçün məhsulların idarəsi bölməsinin rəhbəri Yelena Xarçenko bildirir.
“Kaspersky Password Manager”in baza versiyası pulsuz təqdim olunur. Bütün yeni funksiyalardan artıq “Windows” və “Mac” kompüter istifadəçiləri yararlana bilərlər. Xüsusi olaraq yeni“MacBook Pro” istifadəçiləri üçün master-parolu barmaq izi ilə əvəzləmək imkanı verilir.
“Kaspersky Password Manager” həlli barədə ətraflı məlumat və pulsuz versiyanı yükləmək üçün: http://www.kaspersky.ru/password-manager.
*Araşdırma “KasperskyLab”ınsorğusu əsasında “B2BInternational” şirkətitərəfindən 2016-cı ilinavqustayındakeçirilib. Sorğuda dünyanın 21 ölkəsindən 12546 internet-istifadəçi iştirak edib. Rusiyada sorğuda iştirak edənlərin sayı 1023 nəfər olub.