1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” sosial şəbəkələrdə uşaqları təhlükələrdən qorumağın yollarını açıqlayıb
21.02.2017

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkətinin təqdim etdiyi statistikaya* əsasən, Azərbaycanda uşaqların internetdə arzuolunmaz fəaliyyətinin 75%-i sosial şəbəkələrin üstünlük təşkil etdiyi ünsiyyət vasitələrinin payına düşür. Dünyada isə bu göstərici orta hesabla 63% təşkil edir, bu isə o deməkdir ki, azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. Lakin, məhz burada onları ən çox təhlükələr gözləyir.

Ekspertlər sosial şəbəkələrlə bağlı bir neçə əsas təhlükəni qeyd ediblər. Məsələn, uşaqlar təsadüfən və ya bilərəkdən “böyüklər” üçün nəzərdə tutulmuş kontentlə rastlaşa bilərlər. Əslində isə söhbət sadəcə erotika və pornoqrafiyadan getmir, bu, həm narkotik vasitələr haqqında məlumat, sui-qəsd, həmçinin zorakılıq və silahlı səhnələr ola bilər.

Digər təhlükə isə uşaqların real dünya ilə müqayisədə sosial şəbəkələrdə daha asan ünsiyyətə girdikləri yad insanlardır. “Kaspersky Lab” şirkətinin araşdırması** göstərdi ki, 14-16 yaşlı yeniyetmənin dostluq siyahısında orta hesabla 47 nəfər olur ki, onlardan cəmi 25-ireal həyatda şəxsən tanıdıqları insanlardır. Bu cür hallarda ekranın digər tərəfində kimin olduğunu təxmin etmək çətindir – bu müasir yeniyetmədir və ya pis niyyətli yaşlı şəxs? Vəziyyəti daha da çətinləşdirən məqam isə yeniyetmələrin sosial şəbəkələrdə tez-tez öz ünvan və ya oxuduqları məktəbin nömrələrini, getdikləri məkanları paylaşmalarıdır ki, bu faktı sorğuda iştirak edənlərin 55%-i təsdiq edib. Bu növ informasiya cinayətkara onları real həyatda asanlıqla tapmağa imkan yaradır.

Bundan başqa, son zamanlar uşaqlar kiberfırıldaqçılıqla daha tez-tezrastlaşmağa başlayıblar – elektron ünsiyyət bəzən təhqirlərə və hətta təcavüzlərə də yol açır.

Bəs sosial şəbəkələrdə övladınızın başına bir şeyin gəlib-gəlmədiyini necə yoxlamaq olar? “Kaspersky Lab” şirkətinin mütəxəssisləri bir neçə başlıca əlaməti diqqətinizə çatdırır:səbəbsiz yerə qəfil əhval-ruhiyə dəyişikliyi; rəqəmsal cihazlardan və internetdən istifadə üslubunun dəyişilməsi (məsələn, uşaq gecəyarısı internetə daxil olmaq üçün oyanır); sosial şəbəkələrdə dostların sayının qəfil azalması və ya artması; böyük yaş fərqi olan “dostların” üzə çıxması; uşağın səhifəsində xoşagəlməz fotor və mesajların olması; sosial şəbəkələrdəki hesabların bağlanması.

Onu da qeyd etmək lazımdır ki, bu əlamətlərin hər biri mütləq şəkildə təhlükəli hesab olunmaya bilər, lakin bu kimi əlamətlərin biri və ya bir neçəsi ilə rastlaşırsınızsa, övladınızın virtualaləminə diqqət yetirməniz vacibdir.

Uşaqları sosial şəbəkələrdəki təhlükələrdən qorumaq üçün “Kaspersky Lab” şirkətinin ekspertləri valideynlərin onlarla daim ünsiyyətdə olmalarını və internetdən düzgün istifadə etmələri barədə məlumatlandırmalıdırlar. Cinayətkarlar tərəfindən istifadə oluna biləcək çox sayda şəxsi məlumat yerləşdirmək tövsiyə olunmur. Silah, narkotik maddələr, sui-qəsd kimi kontenti olan qruplara daxil olmaq düzgün deyil. Yad ünvanlardan göndərilən keçidlərə daxil olmaq arzuolunmazdır: cəlbedici təkliflər viruslu səhifələrə apara bilər. Son olaraq, yeniyetməyə anlatmaq lazımdır ki, dostluq siyahısında sadəcə şəxsən tanıdığı insanlar olmalıdır.

“Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, həm də paralel reallıqdır. Lakin məhz orada uşaqlar internetdə rastlaşa biləcəkləri ən böyük təhlükə ilə üzləşirlər. Bu gün müasir valideynlərin əsas vəzifələrindən biri uşaqlara nə edə biləcəklərini, nəyin düzgün olmadığını və onları hansı təhlükələrin gözlədiyini başa salmaqdır. Lakin böyüklər hər zaman uşaqların yanında ola bilmirlər, buna görə də biz xüsusi müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik”, – deyə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə “Kaspersky Lab” şirkətinin təqdim etdiyi həllər arasında “Kaspersky Safe Kids” adlı xüsusi proqram və bütün cihazlar üçün “Kaspersky Internet Security” proqramında “Valideyn nəzarəti” funskiyası mövcuddur. Bu proqramlar valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, orada nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyasına əsasən olduğu yeri müəyyən etməyə imkan verir.

İnternetdə uşaqları gözləyən təhlükələr və onlardan müdafiə üsulları haqqında daha ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: kids.kaspersky.ru.

*“Kaspersky SecurityNetwork” bulud xidmətinin statistikası. Azərbaycanda “Valideyn nəzarəti” funksiyası aktiv olan kompüterlərdə potensial təhlükəli internet resurslara giriş. 2016-cı ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək olan ortalama göstərici.

**“İnternet əsrində uşaqları böyütmək” adlı araşdırma “Kaspersky Lab” şirkəti üçün xüsusi olaraq “IconKids&Youth” təşkilatı tərəfindən 2016-cı ildə keçirilib. Sorğuda Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliyadan 8-16 yaşlı uşağı olan 3780 ailə (hər ailədən bir uşaq və bir valideyn) iştirak edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment