SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 18 milyard dolları keçəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, Türkiyədəki layihələrə investisiyalar başa çatanda dəyəri 18 milyard dolları ötəcək.
“İndiyədək 3,7 milyard dollar sərf olunan “Star” neft emalı zavodu üzrə ümumi irəliləyiş 80 faizə çatıb. TANAP-a xarici maliyyələşdirmə təmin etmək məqsədilə banklarla danışıqlar davam edir. Layihəyə təxminən 4 milyard dollarlıq vəsait cəlb olunması proqnozlaşdırılır”, – deyə R.Abdullayev əlavə edib.
www.azertag.com