1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Əksər valideynlər övladlarını kibertəhlükələrdən qorumağa ehtiyac duymur
15.11.2016

Baki, FinanceTime.  Uşaqların İnternetdə tez-tez təhlükələrə məruz qalması valideynlər tərəfindən vaxtında müdafiə tədbirlərinin görülməməsi ilə bağlıdır. “Kaspersky Lab” şirkətinin internet istifadəçiləri arasında apardığı sorğunun nəticələrinə əsasən, istifadəçilərin yalnız 26%-i övladlarının internetdə fəaliyyətini tənzimləmək üçün valideyn nəzarət funksiyası olan təhlükəsiz proqram təminatlarından istifadə edir. Bununla belə, xüsusi həllərin köməyi olmadan da keçinə biləcəyini düşünən çoxluq arasında hər beşinci respondent uşaqların sərbəst şəkildə valideynlərin nəzarəti olmadan internetdən istifadəni öyrənməklərinin tərəfdarıdır. Bu isə ekspertlərdə narahatlıq yaradır.

Belə ki, “Kaspersky Lab”ın araşdırma apardığı 12 ay ərzində 41% uşaq kibertəhlükələrlə üzləşib. Böyüklər tərəfindən lazımi qayğı ilə əhatə olunmayan gənc internet istifadəçiləri kiberfırıldaqçılığın qurbanına çevrilmiş, təhlükəli yad insanlarla ünsiyyət qurmuş və arzuolunmaz kontentlə rastlaşıblar.

Bununla yanaşı, araşdırma onu da göstərdi ki, valideynlər uşaqların internetdə qarşılaşa biləcəyi təhlükələrdən xəbərdardılar. Belə ki, onların 37%-i düşünür ki, uşaq internetdə yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun olmayan bir şey görə bilər. 36% respondent isə onların internetdə təhlükəli insanlarla ünsiyyət qurmasından qorxur. Valideynlərin 34%-i isə mümkün internet fırıldaqçılığından və bunun övladlarına təsirindən narahatdır.

Bütün bu təhlükələri dərk edərək valideynlər hər halda övladlarını onlayn təhlükələrdən qorumaq üçün müəyyən tədbirlər görür. Əksər zamanlarda bu, internetin təhlükələri barədə uşaqla söhbətin aparılması olur (38%). Daha bir maraqlı məqam hər beşinci respondentin bu problemin həllini sosial şəbəkələrdə uşaqla dostluq etməkdə görməsidir.

“Valideynlər anlamalıdırlar ki, onlayn təhlükələr uşaqlar üçün fiziki dünyanın təhlükələri qədər qorxuludur. Real həyatda heç bir valideyn öz uşağının nəzarətsiz yol keçməsinə və ya yad biri ilə ünsiyyət qurmasına icazə vermir. İnternetə gəldikdə isə valideynlərin əksəriyyəti uşaqları brauzer və məlum olmayan kontentlə təkbaşına buraxır. Uşaqlara mütəmadi olaraq internetin təhlükələri barədə danışmaq, ehtiyatlı və ayıq davranışı öyrətmək lazımdır. Bu vasitə faydalı olsa da uşağın hər hansı bir təhlükə ilə üzləşməyəcəyinə təminat vermir. Bunun üçün maarifləndirici tədbirlərlə yanaşı, valideynlər texnoloji səviyyədə internet təhlükələrin qarşısını alan xüsusi həllərdən də istifadə etməlidirlər”, - deyə “Kaspersky Lab” şirkətinin istehlakçı biznesininrəhbəri Andrey Moxolya bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə “Kaspersky Lab”şirkəti bütün məşhur əməliyyat sistemləri ilə uyğunlaşdırılmış “Kaspersky Safe Kids” adlı xüsusi proqram həlli təqdim edir. Proqram valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, şəbəkədə nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyası sayəsində onun harada olduğunu müəyyən etməyə imkan yaradır.

Qeyd edək ki, “Kaspersky Lab” şirkətinin apardığı sorğu 21 ölkədən 12546 internet istifadəçisini əhatə edib.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment