Baki, FinanceTime. Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" Aşok Kalyansvaminin informasiya texnologiyaları üzrə direktor (CIO) vəzifəsini tutacağı və şirkətin İdarə Heyətinə daxil olacağı barədə elan edir. Bu təyinat Eşli Latamın vəzifəni tərk etmək qərarından sonra olub.
Kalyansvami “Lehman Brothers” və “Nomura” kimi yüksək texnologiyalar şirkətlərində 20 illik təcrübə yığandan sonra “Saxo Bank”a gəlir, onun təyinatdan öncə son vəzifəsi Honkonqda “Macquarie Securities Group” şirkətində bölmə direktoru və CIO olub.
Yeni vəzifəsində Kalyansvami strateji həllərin hazırlanması və “Saxo Bank”ın bütün dünya üzrəİT-bölmələrinin fəaliyyətinə cavabdeh olacaq, onun rəhbərliyi altında 500 nəfərə yaxın olan bankın İT-komandası çalışacaq. O, yeni vəzifələrini 2017-ci ilin yanvarından yerinə yetirəcək və qərargahda – Kopenqaqendə işləyəcək.
Yeniliyi şərh edən “Saxo Bank”ın baş direktoru və həmtəsisçisi Kim Furne bildirib: “Biz Aşoku qarşılamağa şadıq və ümid edirik ki, onun aparıcı maliyyə institutları üçün İT layihələrin hazırlanması üzrə zəngin təcrübəsi sayəsində o, Eşli Latam tərəfindən qoyulmuş fundamenti möhkəmlədəcək. Texnologiyalar müasir maliyyə sənayesində mühüm rol oynayır və bizim üçün bu olduqca vacibdir. Aşokun ekspertizası və liderlik qabiliyyətlərini nəzərə alaraq, əminəm ki, o, bizim İT bölməsinin və şirkətin qiymətli işçisinə çevriləcək və şirkətin müştəri xidmətlərinin yaxşılaşmasınamüsbət təsir göstərəcək”.
“Sahədə qlobal dəyişiklər baş verdiyi zaman “Saxo Bank” ailəsinə sevinclə qoşuluram. Müştərilərə göstərdiyi xidmətin keyfiyyətini artırmaq üçün maliyyə institutları yüksək texnologiyalar və yeniliklərə daha tez-tez müraciət edirlər.“Saxo Bank” zəngin yenilikçi təcrübəsi sayəsində bu sahədə olan cari tendensiyalardan maksimal qazanc əldə etmək potensialına malikdir və ümid edirəm ki, “Saxo Bank”da maliyyə texnologiyalarının gələcək inkişafına kömək edəcəm”, - deyib Aşok Kalyansvami qeyd etdi.