1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Mastercard”dünyanda ən çox ziyarət olunan şəhərlərin siyahısını dərc edib
17.10.2016

Baki, FinanceTime.  “Mastercard” şirkətidünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlərüzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”)adlı hesabatını dərc edib.

Hesabata əsasən, turistlər tərəfindən 2016-cı ildə ən çox ziyarət edilən şəhər Banqkok olub. Onun ardınca siyahıda London və Paris yer alır.

Azərbaycan turistlərinin ən sevimli istiqamətlərindən biri sayılan DubayOrta Şərq və Afrika regionunda ən çox ziyarət edilən şəhər olub, qlobal reytinqdə isə dördüncü yerdə qərarlaşıb. Bundan başqa, Əbu-Dabi 81%-lik artım tempi ilə regionda ən sürətlə inkişaf edən şəhər olaraq dəyərləndirilib, bu da Birləşmiş Ərəb Əmirliyini həm ən çox ziyarət edilən, həm də sürətlə inkişaf edən ölkələr sırasında ardıcıl olaraq iki il birinci sırada saxlayır.

Hesabataən çox ziyarət olunan 132ölkə üzrə təhlil daxildir ki, burada 2016-cı ildə müxtəlif şəhərlərə səyahət edən turistlərin ümumi sayını, onların xərclərini və insanların nə cür səyahət etdiyini və nə qədər pul xərclədikləri əks olunur. Hesabatda əsasən, Banqkoku2016-cı ildə 21.47 mln. turist ziyarət edəcək ki, bununla da Tailandın paytaxtı siyahıda onun ardınca qərarlaşan London və Parisi geridə qoyub. Builki hesabatın ən çox təəccüb doğuran məqamı Dubayın top-şəhərlər siyahısında yer almağı olub ki, bu da turistlərin bu şəhərdə ümumi xərclərinin 31,3 mlrd. ABŞ dollarıtəşkil etyindən irəli gəlir. Londonda bu il turistlər tərəfindən cəmi 19 mlrd. dollar xərclənəcəyi proqnozlaşdırılır.

“İnsanların səyahət və xərc tərzləri dünya şəhərlərinin bir-birinə nə qədər bağlı və əhəmiyyətli olduğunu göstərir. Səyahət planlaması və ümumilikdə, səyahət zamanı əldə edilmiş təcrübə artıq daha çox əhəmiyyət daşımağa başlayır ki, “Mastercard” da bütün bunları innovasiya və yeni imkanlar vasitəsilə bir araya gətirir”, - deyə “Mastercard”ın beynəlxalq bazarlar üzrə prezidenti Enn Keyrns bildirib.

Araşdırma ilk dəfə olaraq səyahətlərin biznes və ya turizm məqsədli olmasını təhlil edir və beynəlxalq ziyarətçilərin qidalanma, yerləşmə və alış-veriş də daxil olmaqla xərcləmə vərdişləri haqqında məlumatları nəzərə alır. 2016-cı ilin hesabatı onu göstərir ki, top-20 şəhər üzrə (Şanxay istisna olmaqla) insanlar ən çox turizm məqsədilə səyahət edirlər. Bu şəhərləri ziyarət edən turistlər qidalanma ilə müqayisədə ən çox alış-veriş üçün pul xərcləyirlər. Amsterdam, Barselona, İstanbul, Milan, Paris, Praqa və Vyana kimi Avropa şəhərlərində isə qidalanmaya xərclənən vəsait üstünlük təşkil edir.

Eyni zamanda, hesabat hər region üzrə top-istiqamələri də müəyyənləşdirib. Asiya və Saki okean regionu həm qlobal top-onluğa, həm də 10ən sürətlə inkişaf edən şəhərlər siyahısına liderlik edir. Paris, İstanbul, Barselona və Amsterdam kimi şəhərləri geridə qoyan London siyahıda dünya üzrə ikinci, Avropa üzrə isə birinci yerdə qərarlaşır. Latın Amerikası regionunda isə Lima şəhəri 4,03 mln. turistlə ən çox səyahət edilən və dinamik inkişaf edən şəhərlər siyahısına başçılıq edir. Buna baxmayaraq, ziyarətçilərin xərclədikləri vəsaitin həcminə görə sıralama dəyişir: Punta-Kana (Dominikan Respublikası) 2,95 mlrd. dollar göstərici ilə regionda birincidir, onun ardınca Mexiko şəhəri gəlir (2,27 mlrd. dollar).

“Mastercard” şəhərlərin ticarət mərkəzləri kimi əhəmiyyətini anlayır və idarəetmə orqanları və istehlakçılar üçün daha effektiv və rahat olan müasir texnologiyaları alqışlayır. Buna misal olaraq London və Çikaqoda kontaktsız ödənişlərin geniş yayılmasını göstərmək olar. Hesabat aviaşirkətlərə, hotellərə və digər turizm servislərinə daha keyfiyyətli xidmət göstərmələrinə imkan yaradır.

Hesabatla bağlı ətraflı məlumatı buradan əldə etmək mümkündür.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment