Baki, Finance Time. “Rolls-Royce Motor Cars” şirkəti İtaliyanın Sardiniya adasında dəbdəbəli Porto-Çervo kurortunun mühitini özündə əks etdirən və “Bespoke” kolleksiyasına aid olan iki yeni modelini nümayiş etdirib – “Wraith” kupesi və “Dawn” kabrioleti. Yeni modellərin təqdimatı “Rolls-Royce”un Sardiniyada yerləşən Yay studiyasında keçirilib və “Qürubdan şəfəqədək” adını alıb.
Avtomobillərin əsas xüsusiyyəti zümrüd və sədəfdən hazırlanmış və qızılla haşiyələnmiş emblemdir. Eksteryer gümüşüçalarla hazırlanıb ki, burada bort boyunca bənövşəyi zolaq yer alır; salon dəvəquşu dərisi ilə işlənib. Yerüstü örtük tik ağacından (hind palıdı) hazırlanıb.
Yeni kolleksiyadan olan “Wraith” kupesi iki növ gümüşüçalarda yerinə yetirilib. Müəlliflərin sözlərinə görə, bu, axşam səmasını simvolizə edir. İnteryerdəki göy, bənövşəyi, boz və qara çalarlar toran mühitini yaradır. Dəvəquşu dərisindən hazırlanmış üzlük isə xüsusi ifadə olunmuş teksturu təşkil edir.
“Dawn” kabrioleti isə əksinə olaraq günəşə üstünlük verir, həmin o günəşə ki, Porto-Çervo kurortunun sahilboyu məznərələrini işıqla “doldurur”. Modelin əsas xüsussiyyəti zümrüd, sədəf və ağ qızıldan hazırlanmış emblemdir.
“Rolls-Royce Motor Cars” şirkətinin “Future Retail” bölməsinin baş meneceri İzobel Dando (Isobel Dando) qeyd edib: “Bizim markanın pərəstişkarlarına dünyanın ən tanınmış kurortlarında belə rast gəlmək olar, və Sardiniya adasındakı sarsıdıcı Kosta-Smeralda sahili – dəbdəbə həvəskarlarına “Rolls-Royce”un Yay studiyasının açılışı üçün ideal bir məkandır. Porto-Çervo kurortunun inanılmaz mənzərələri və rənglərindən ilhamlanan valehedici “Bespoke Wraith” və “Dawn” bir çox müştərimizin rəğbətini qazanacaq”.
“Rolls-Royce”un Porto-Çervo kurirtunda yerləşən Yay studiyası 2016-cı ilin sentyabr ayınadək fəaliyyət göstərəcək.