“Microsoft” maliyyə gəlirlərini açıqlayıb.
“APA-Economics”in Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin açıqladığı rəqəmlərdə illik və sonuncu rüb gəlirlərinin azaldığı müşahidə olunur.
Ümumilikdə gəlirləri əvvəlki ilə görə 8,8% azalaraq 85,3 mlrd. dollara düşən şirkət, ötən ildə 93,6 mlrd. dollar gəlir əldə edib.
Bununla da 2009-cu ildən bu yana ilk dəfə “Microsoft”un maliyyə gəlirlərində azalma müşahidə olunub.
Şirkətin mənfəəti isə 7,7% azalaraq 16,8 mlrd.a enib.
Qeyd edək ki, “Microsoft” ötən il 18,2 mlrd. dollar mənfəət əldə edib.
www.apa.az