|
|
|
Dünya xəbərləri | | | Hindistan iqtisadiyyatı 5,5% artıb |
03.09.2012 | |
| |
Cari maliyyə ilinin I rübündə Hindistanın ÜDM-i 5,5% artıb. “APA-ECONOMICS”in xəbərinə görə, “Bloomberg” agentliyinin analitikləri bu göstəricinin 5,2% olacağını proqnozlaşdırıblar.
Hökumət gözlənilməz artımı Hindistan Mərkəzi Bankının uğurlu pul siyasəti ilə izah edir. Son üç ildə ilk dəfə olaraq Mərkəzi Bank stavka dərəcəsini 8,5%-dən 8%-ə salıb.
Bununla belə, iqtisadçılar perspektiv artım templərinə skeptik yanaşırlar. Buna səbəb ölkədə inflyasiya səviyyəsinin yüksək olmasıdır. İyul ayında inflyasiya 9,8% təşkil edib ki, bu da stavka dərəcələrinin endirilməsinə imkan verməyəcək.
Qeyd edək ki, ötən il Hindistan iqtisadiyyatı 6,5% artıb.
www.apa.az
|
|
|
|