İnsan Resursları Departamentində (İRD) SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov və digər rəhbər işçilərin iştirakı ilə şirkətin kəşfiyyat və hasilat üzrə müvafiq struktur istehsalat bölmələrində kadr siyasətinin icrası ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunmuş müşavirə təşkil olunub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR-ın kadr siyasəti üzrə müəyyən edilmiş istiqamətləri, insan resursları funksiyaları, insan resursları üzrə həyata keçirilən proseslər və statistik məlumatlar, bu sahə üzrə davam edən və planlaşdırılan layihələrə dair təqdimat keçirilib.
Görüşdə SOCAR-da karyera inkişafı proqramı və imkanları, kommunikasiya sistemlərinin təkmilləşdirilməsi, idarələr arasında mütəxəssislərin rotasiya prosesinin yaradılması və tətbiqi, işçilərin əmək fəaliyyətinin qiymətləndirilməsi prosesi, hədəflərin qoyulması, fərdi inkişaf planı, təlim, inkişaf və tədris proqramlarının işlənməsi, insan resurslarının idarəedilməsi strategiyası və ümumi missiya və digər məsələlər müzakirə olunub.
www.azertag.com