|
|
|
Dünya xəbərləri | | | Rusiyalı turistlərin ən çox üz tutduğu ölkə yenə də Türkiyədir |
30.08.2012 | |
| |
Bu yay 5 mln. rusiyalı turist ölkədən xaricdə istirahət edib. “APA-ECONOMICS”in xəbərinə görə, bu açıqlama ilə Rusiya Turist Operatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze çıxış edib.
Onun sözlərinə görə, bu il populyar istiqamətlərə rusiyalı turistlərin axını 15-20% artıb. İstiqamətlər arasında ənənəvi olaraq Türkiyə liderlik edir: “Hərçənd Türkiyə yeganə istiqamətdir ki, bu il azalma (-1) qeydə alınıb”.
Sonrakı yerlərdə Misir (+1%), Yunanıstan (+20%), İspaniya (+25%), Bolqarıstan (+22) və Xorvatiya gəlir.
M.Lomidze qeyd edib ki, ötən illə müqayisədə bu il əsas istiqamətlər üzrə xərclər 3-5% bahalaşıb: “Ən çox - 10-15% bahalaşan istiqamət Xorvatiya olub”.
www.apa.az
|
|
|
|