|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin aparıcı investorlarının ilk üçlüyünə daxil olur |
28.08.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilədəkTürkiyə iqtisadiyyatına 17 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmaqla Türkiyədə «Sabancı» və «Koç» holdinqləri ilə birlikdə ən nəhəng üç şirkətdən biri olacaq.
«APA-ECONOMICS»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə «SOCAR-Türkiyə» şirkətinin rəhbəri, «Petkim» şirkəti İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə «Petkim»i özəlləşdirən və Türkiyə bazarına gələn ARDNŞ bü günədək neft-kimya sektorunun yenidən qurulmasına 250 mln. dollar sərmayə yatırıb və nəticədə şirkətin istehsal həcmi 10% artıb: «Azərbaycan şirkətinin ən böyük sərmayəsi isə illik 10 mln. ton emal gücünə malik olan və 5 mlrd. dollara başa gələcək «Star» neft emalı zavodu olub. Bu zavodla yanaşı, İzmirin Əliağa bölgəsində 600 MV gücündə istilik elektrik stansiyası da inşa ediləcək».
K.Yavuz onu da bildirib ki, ARDNŞ-ın Türkiyədəki ən iri sərmayəsi isə bu yaxınlarda iki ölkə arasında imzalanmış Trans-Anadolu Boru Xətti (TANAP) layihəsidir. Belə ki, 2018-ci ildə istifadəyə veriləcək bu boru kəməri ilə ildə 16 mlrd. kubmetr təbii qaz nəql olunacaq. Qazın 6 mlrd. kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya satılacaq.
«Bununla yanaşı, ARDNŞ «Petkim» limanını konteyner limanına çevirməyə planlaşdırır. Bir neçə aydan sonra bu limanın da təməli qoyulacaq və buraya 300 mln. dollar vəsait yatırılacaq», - deyə K.Yavuz bildirib.
K.Yavuz onu da qeyd edib ki, TANAP layihəsi başa çatdıqdan sonra Türkiyənin əsas qaz tədarükçüsü məhz ARDNŞ olacaq: «Bu gün Azərbaycandan Türkiyəyə 6,6 mlrd. kubmetr qaz ixrac olunur, TANAP ilə birlikdə bu rəqəm 12,6 mlrd. kubmetrə çatacaq. Beləliklə, Türkiyənin təbii qaza olan tələbatının böyük bir hissəsini Azərbaycan təmin edəcək».
www.apa.az
|
|
|
|