1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“SaxoTraderGO” ticarət platforması istifadəyə verildikdən bir il sonra bütün gözləntiləri üstələyib
05.05.2016

Baki, Finance Time. Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan “Saxo Bank” fərdi müştərilərdən əldə etdiyi gəlirlərin 55%-ni”SaxoTraderGO”onlayn ticarət platforması vasitəsi ilə qazandığını bildirib. Bu gün bütün müştəri qrupları arasında populyarlıq əldə etmiş “SaxoTraderGO” platformasının istifadəyə verilməsindən düz bir il keçir. Yarım il öncə “SaxoTraderGO”platforması“white label”partnyorları üçün öz məhsullarını istifadəyə verib və hazırda 28 müxtəlif dildə 100-dən çox müştəriyə canlı şəkildə dəstək təklif edir.

“Saxo Bank” bu tarixi platformanın yenilənməsi xəbəri ilə qeyd edir. Belə ki, artıq “SaxoTraderGO” platformasında qlobal səhm bazarlarının qiymətləndirməsi bir neçə yeni hissədə yerləşdirilibb: indekslər, artım və azalma səhmləri, xəbərlər, hadisələrin təqvimi və icmal qrafiki.

“SaxoTraderGO”tam olaraq HTML5 dilində yazılıb. Platforma ticarət sənayesinəköhnə fərdi şəkildə hazırlanmış maliyyəsistemindən müxtəlif cihazlar vasitəsi ilə mükəmməl ticarətə doğru qəti addım atmağa kömək edir.

Platformanın istifadəyə verilməsi bankın ticarət infrastrukturuna “OpenAPI” vasitəsi ilə giriş imkanı yaratmaq məqsədi ilə uyğunlaşdırılıb. Geniş miqyaslı əmtəələrin ticarətini əhatə edən bu addım “Saxo Bank” tərəfdaşları və xarici icraçılara 20 il ərzində nail olunmuş ticarət infrastrukturunun yeniliklərinə giriş imkanı yaradır. Bununla yanaşı, platforma “OpenAPI” müştəriləri və “WhiteLabel” proqramının üzvlərinə seçimləriniöz ticarət ehtiyaclarına əsasən almağa və öz strategiyalarını təkmilləşdirmək şansı verir. Keçən ay bank məlumat verdi ki, Çində maliyyə üzrə mütəxəssis sayılan “Wallstreet CN” istifadəçiləri artıq “OpenAPI” platforması vasitəsi ilə valyuta bazarlarına giriş və orada ticarət imkanı əldə edəcəklər.

"Saxo Bank"ın Ticarət platformaları bölməsinin rəhbəri Kristian Hammer qeyd edib: “İlkin dizaynın məqsədi yeni ticarət və investisiya platformasını istifadədə mümkün olduğu qədərsadə və yüngül edərək müştərilərimizə 35 mindən artıq alətə bir hesabdan giriş imkanı yaratmaq idi”.

2016-cı il ərzində də“SaxoTraderGO” platformasına tamamilə birləşmiş texniki analiz, əmtəələr axtarışı üçün yeni alət, seçim zənciri və “white label” partnyorlarına yeni kontent yükləmək imkanıkimibir neçə yeni funksiya təqdim edərək təkmilləşəcək.

“SaxoTraderGO” istifadəyə verildiyindən bəri bir neçə yeni funksiya təqdim edilib:

·         Qlobal səhm bazarlarının qiymətləndirilməsi

·         Qrafiklər üçün multi-ekran rejimi

·         Müəyyən cihazlardan “touchID” vasitəsi ilə giriş

·         “Web” səhifə, planşet və mobil telefonlar vasitəsi ilə “Saxo” xidmətinin personalı ilə birbaşa əlaqə

·         10 mindən artıq qlobal əmtəə haqda geniş miqyaslımaliyyə tədqiqatı

 

Kristian Hammer həmçinin əlavə edib: «“SaxoTraderGO”nun təqdim etdiyi ən cəlbedici yeni xidmətlərindən biri “SaxoSelect” avtomatlaşmış investisiya və ticarət xidmətidir. Bu xidmət müştərilərə müxtəlif strategiyalara “Saxo Bank” tərəfindən avtomatik şəkildə balansa qaytarılan investisiyalar qoymaq imkanı yaradır və bu prosestam şəffaf şəkildə həyata keçirilir. Məsələn, biz “BlackRock” ilə birgə səmərəli investisiya portfoliolarını təklif edirik. Müştərilərə “SaxoTraderGO” platformasında həm öz ticarətləri və investisiyaları seçmək şansıxüsusi bir təklifdir.»


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment