SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun rekonstruksiyası üçün Azərbaycan Beynəlxalq Bankından 60 mln. dollar cəlb edib.
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
Vitse-prezidentin sözlərinə görə, bu il ərzində SOCAR bankdan növbəti 200 mln. manatlıq tranş cəlb edəcək.
"Bundan öncə cəlb olunan 200 milyon dollarlıq tranş müvafiq qaydada istifadə olunur. Bu vəsait istifadə olunandan sonra digər tranş ətrafında danışıqlar aparılacaq", - deyə S. Qasımov bildirib.
www.apa.az