|
|
|
Dünya xəbərləri | | | Dünya qızıl bazarında tələbat iki illik minimuma enib |
22.08.2012 | |
| |
Dünyada qızıla olan tələbat bu ilin II rübündə 990 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Ümumdünya Qızıl Şurasının hesabatında deyilir. Sənəddə qeyd olunur ki, bu göstərici son iki illik minimuma enib.
Şuranın hesablamalarına görə, tələbatın azalmasının əsas səbəbi Hindistan və Çin tərəfindən qızıl alışının azalmasıdır. Eyni zamanda bildirilir ki, dünyada mərkəzi banklar və investorlar əksinə olaraq qızılın alışını artırıb ki, bunun da əsas səbəbi kimi aprel-iyun aylarında qızılın müəyyən dərəcədə ucuzlaşmasını göstərmək olar.
Belə ki, II rübdə qızılın orta qiyməti 1 611,8 dollar/unsiya təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artıq olsa da, I rüblə müqayisədə 4,7% azdır. Nəticədə, dünyada mərkəzi bankları rüb ərzində qızıl ehtiyatlarını 157,5 ton artırıb ki, bu da ötən ilin II rübün göstəricisindən 2 dəfə çoxdur. Qızılın alınmasında ən fəal Rusiya, Ukrayna, Qazaxıstan və Filippin mərkəzi bankları olub.
www.apa.az
|
|
|
|