1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azpetrol Şirkətinin Mətbuata açıqlaması
06.01.2016

Son zamanlar mətbuat səhifələrində avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması və ya yanacağın az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir.Bu kimi hallar Azpetrol Şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir. Biz buna aydınlıq gətirərək bildiririk ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi doldurulmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər  daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən “VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır.

Onu da nəzərinizə çatdırırıq ki,  ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür.

Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın “Tatsuno” və Türkiyənin “Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim Şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir.

Biz, Azpetrol Şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Biz onları  hər zaman məmnun etmək istəyirik, yoxsa müştərilərimizi özümüzdən niyə incik salaq ki?! Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər. Yanacaq bazarında rəqabət olduğu halda, biz müştərilərimizi nədən itirək ki?!

Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimiz tərəfindən göstərilən hər hansı səhv və ya kobud hərəkətə görə Şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment