SOCAR və Özbəkistanın milli neft-qaz holdinqi olan "Uzbekneftqaz" birgə müəssisə yaradır.
"APA-Economics"in Özbəkistan KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər paritet əsaslarla birgə müəssisənin yaradılması haqqında müvafiq memorandum imzalayıblar.
Birgə müəssisə Özbəkistanda neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqini nəzərdə tutur.
Bildirilir ki, SOCAR bu cür layihələrin reallaşdırılması üçün bütün lazımi avadanlıq və texnologiyalara malikdir.
Birgə müəssisənin yaradılması ilə bağlı təsis müqaviləsi 2016-cı ilin ilik yarısında imzalana bilər.
www.apa.az