|
|
|
Neft və qaz | | | “Petkim PetroKimya Holding A.Ş.” “Star” neft emalı zavodundan səhm almaq niyyətindədir |
20.08.2015 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.” İzmirin Əliağa rayonunda tikintisi davam etdirilən “Star” neft emalı zavodundan səhm almaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.” məlumat yayıb. Bildirilir ki, “Petkim Petrokimya Holding A.Ş.” idarə heyəti qrupun şirkətlərindən biri olan “STAR Rafineri A.Ş.”də 7-9 faizlik aralığında səhmə sahib olmaq üçün əsas ortağımız “SOCAR Turkey Enerji A.Ş.”dən 12-14 faiz civarında “Rafineri Holding A.Ş.” səhmi almaq üçün danışıqlara başlayıb. Bu vəziyyətdə “SOCAR Turkey Enerji A.Ş.” “Rafineri Holding A.Ş.”nin səhmlərinin hamısını almaqla, həmçinin də “Rafineri Holding A.Ş.” və “SOCAR Turkey Yatırım A.Ş.”də 59,99 faizlik səhmə sahib olacaq. “SOCAR Turkey Yatırım A.Ş.” isə Petkim yarımadasında tikintisi davam etdirilən “Star” neft emalı zavodunun sahibi “STAR Rafineri A.Ş.”nin səhmlərinin hamısına sahibdir.
Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
www.azertag.com
|
|
|
|