|
|
|
Dünya xəbərləri | | | “Forbes” “Qazprom”u dünyanın ən gəlirli şirkəti elan edib |
30.07.2012 | |
| |
Rusiyanın “Qazprom” konserni 2011-ci ilin yekunlarına əsasən 2011-ci ildə dünyanın ən gəlirli şirkəti elan olunub.
“APA-ECONOMICS”in “Forbes” jurnalına istinadən xəbərinə görə, ötən il Rusiyanın qaz inhisarçısının gəliri 44,46 mlrd. dollar təşkil edib.
Bir il əvvəlki lider olan “ExxonMobil” şirkəti 41,6 mlrd. dollarlıq göstərici ilə ikinci pilləyə enib. İlk üçlüyü “Industrial and Commercial Bank of China” tamamlayır - 32,2 mlrd. dollar.
Qeyd edək ki, “Qazprom” 2010-cu ilin yekunlarına əsasən 25,72 mlrd. dollarlıq mənfəət göstəricisi ilə ilk üçlükdə yer alıb.
www.apa.az
|
|
|
|