Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın iri neft-qaz şirkəti olan “Rosneft”lə birgə müəssisəsinin yaradılması ilə bağlı işləri davam etdirilir.
"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Vitse-prezidentin sözlərinə görə, SOCAR Rusiya ərazisində bu ölkəyə məxsus neft-qaz yataqlarında işlərin aparılması ilə bağlı danışıqlar aparır: “Bu gün bununla bağlı elmi və kommersiya danışıqları gedir. Yəqin ki, yaxın günlərdə bu məsələlər həllini tapacaq”.
X. Yusifzadə bildirib ki, bundan başqa, SOCAR neft-qaz hasilatı və kəşfiyyatının aparılması ilə bağlı bəzi Afrika ölkələrindən təkliflər alıb.
"Bu yaxınlarda bir İranla belə bir işlərə başlayacağıq. Vyetnamla iş birliyinin əldə edilməsi mümkündür. Bu günə qədər SOCAR bu işlərlə dərindən məşğul olmayıb, amma bundan sonra bu işlərə başlayacağıq", - deyə o qeyd edib.
www.apa.az