|
|
|
Neft və qaz | | | “SOCAR Energy Georgia” MMC-nin 2012-ci ilin yanvar-iyun ayları üzrə göstəriciləri açıqlanmışdır |
24.07.2012 | |
| |
ARDNŞ-in Gürcüstanda fəaliyyət göstərən “SOCAR Energy Georgia” şirkəti qonşu ölkənin neft məhsulları və qaz distributsiyası bazarında əhəmiyyətli yer tutur.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2012-ci ilin yanvar-iyun aylarında “SOCAR Energy Georgia” tərəfindən Gürcüstana idxal olunan kommersiya təyinatlı qazın həcmi 319 milyon 477 min 300 kubmetr, sosial təyinatlı qazın həcmi 809 milyon 700 min kubmetr təşkil etmişdir. Qonşu ölkə ərazisində 61 min 86 ton benzin, 120 min 161 ton dizel yanacağı, 9 min 917 ton bitum və 4 min 675 ton maye qaz (LPG) realizə edilmişdir.
www.azertag.com
|
|
|
|