|
|
|
Dünya xəbərləri | | | Fransada 1 mln. avrodan çox gəliri olanlar 75% vergi ödəyəcəklər |
20.07.2012 | |
| |
Fransa hökuməti 1 mln. avrodan artıq gəliri olan vətəndaşlara 75%-lik vergi tətbiq etmək niyyətindədir.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə məlumat verən ölkənin büdcə naziri Jerom Kayuzak bildirib ki, bu tədbir dövlət borcunu azaltmaq üçün lazımdır.
Onun sözlərinə görə, adı çəkilən vergi o vaxtadək qüvvədə olacaq ki, hökumət büdcə kəsirini aradan qaldırsın: «Ümid edirik ki, bu tədbir sayəsində əməkhaqları arasında dözülməz fərq geridə qalacaq».
Yeni verginin Fransada 2013-cü ildən tətbiq ediləcəyi və 3 il qüvvədə olacağı planlaşdırılır.
www.apa.az
|
|
|
|