1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sol bud-çanaq oynağında ağrı, hərəkət məhdudluğundan və soltərəfli axsamaqdan əziyyət çəkən qadın pasiyent Mərkəzi Gömrük
26.07.2024

Sol bud-çanaq oynağında ağrı, hərəkət məhdudluğundan və soltərəfli axsamaqdan əziyyət çəkən qadın pasiyent Mərkəzi Gömrük Hospitalında uğurla əməliyyat olunub

Sol aşağı ətrafında hərəkət məhdudluğu və ağrılarla  bağlı müraciət etmiş 33 yaşlı qadın üzərində ən müasir standartlara cavab verən implantlarla sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı uğurla icra olunub. Pasiyent uzun müddət – 10 il ərzində sol ayağında ağrılardan əziyyət çəkmişdir, son 1 il ərzində isə ağrılar daha da intensivləşmişdir və nəticədə iş qabiliyyəti azalmışdır. Söhbət zamanı məlum olub ki, pasiyent uşaq olarkən bud-çanaq oynağının displastik patologiyasına, yəni displaziyasına görə  müxtəlif illərdə 5 dəfə əməliyyat olunmuşdur.

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq-ortoped Dr.Ramin Rzayev pasiyentin vəziyyəti və əməliyyatı haqqında bildirib: “Kəskin ağrılar və hərəkət məhdudluğu ilə müraciət etmiş pasiyentin klinik, rentgen və KT müayinəsinin nəticələri göstərdi ki, xəstənin sol aşağı ətrafında 5 sm qısalıq, sol bud-çanaq oynağının ikincili koksartrozu, yəni displaziya nəticəsində yaranmış lll-lV dərəcəli deformasiyaedici osteoartrozu müəyyən edilib. Sol bud-çanaq oynağında əzələlər sağ tərəflə müqayisədə çox zəifləmişdir - əzələ kütləsi azalaraq, hissəvi fibroz toxuma ilə əvəzlənmişdir. Bütün müayinələr bitdikdən sonra xəstəni əməliyyata hazırladıq və onun üzərində keçirilmiş əməliyyatlardan sonra yaranmış çapıq toxumaların çoxluğu, bud-çanaq oynağının anatomiyasının pozulması və buna bağlı texniki çətinliklərə baxmayaraq ən müasir standartlara cavab verən implantlarla sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatını uğurla icra etdik. Hazırda xəstənin vəziyyəti stabildir. Əməliyyatdan 1 gün sonra pasiyent palatada çarpayıda otuzdurularaq aktivləşdiriləcək, növbəti gün qoltuqaltı çəliklərdən istifadə etməklə hərəkət edəcəkdir. Stasionarda 4 gün müalicəsini davam etdirdikdən sonra – 5-ci gün evə ambulator müalicəyə göndəriləcək. 6-8 həftənin tamamında isə çəlliksiz tam sərbəst yeriyəcəkdirƏ. 

Yenidoğulmuşların bud-çanaq oynaqlarının, o cümlədən dayaq-hərəkət sisteminin doğuşdan dərhal sonra ortoped tərəfindən müayinələri aparılmalıdır. Bud-çanaq oynaqlalarının erkən təyin edilmiş displaziyası irəli yaşlarda ağır əməliyyatların aparılmaması üçün əməliyyatsız konservativ müalicə metodları ilə uğurla müalicə olunur.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment