|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında BOKT "Finans Kredit" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
16.07.2024 | |
| |
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
BOKT "Finans Kredit" MMC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2003023556
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
Ticarət üsulu/forması
|
Kütləvi/Birqiymətli
|
İstiqrazın sayı
|
200 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1,000 manat
|
Buraxılış həcmi
|
200,000 manat
|
Hərrac qiyməti
|
1,000 manat
|
İllik gəlirlilik faizi
|
15%
|
Reallaşdırılmış həcm
|
200,000 manat
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)
|
200,000 manat
|
İnvestor sayı
|
1
|
Sifariş sayı
|
1
|
Ödəmə Periodu
|
İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir
|
Tədavül müddəti
|
24 ay
|
İstiqrazların ödəmə tarixi
|
16.07.2026
|
Anderrayter
|
“CPM İnvest İnvestisiya Şirkəti” ASC
|
|
|
|
|