Müsahibə - Şahin Qədimov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Şahin Qədimov


"Aura" Sağlamlıq Mərkəzinin Meneceri
“Bizdə heç bir hoteldə olmayan xidmət, qiymət və güzəştlər var”

Şahin müəllim, öncə özünüz, ixtisasınız haqqında məlumat verərdiniz.

Mən 1987-ci ilin avqustunda Qəbələnin Vəndam kəndində anadan olmuşam.

Bakı Dövlət Universitetini turizm ixtisası üzrə bakalavriatı bitirmişəm. Daha sonra İqtisad Universitetində menecment üzrə magistraturanı bitimişəm.

2007-ci ildən turizm sahəsində ixtisasım üzrə çalışıram. Məşğul olduğum sahəni çox sevirəm. Əsasən turizmin otelçilik sahəsi üzrə çalışmışam. 2013-cü ilin aprelindən də “Aura” Sağlamlıq Mərkəzinin meneceri işləyirəm. Bu da eyni zamanda idmana olan həvəsimdən irəli gəlir.

“Aura” Sağlamlıq Mərkəzi istirahət və idmanla məşğul olmaq üçün unikal bir yerdir. Burada bir neçə dəfə olarkən bunun əyani şahidi olmuşuq. Siz bunu necə xarakterizə edərdniz?

Birincisi deyim ki, “Aura” Sağlamlıq Mərkəzi ən müasir yeni trenajorlarla təchiz edilib, buradakı saunalar, zallar tam yenilənib. “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 3500 m2 təşkil edir və burada 200 nəfərə qədər qonaq eyni zamanda idmanla məşğul ola bilər. İkinci mərtəbəni tam əhatə edən idman zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar quraşdırılıb.

Qonaqlar kardiozonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa, həmçinin, pulsuz internetə qoşula bilərlər. Eləcə də stolüstü tennis, açıq tennis kortu, Tailanddan gəlmiş spa-terapevtlərin xidmətləri, istirahət otaqları, həmçinin, ilin isti vaxtlarında işləyən üstüörtülü hovuz və açıq havada 2 hovuz “Aura” klubunun daimi üzvlərinə və “Excelsior Hotel Baku” otelinin qonaqlarına xidmət edir.

Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Həmçinin sağlamlıq mərkəzinin üçüncü mərtəbəsindəki kişi və qadınlar üçün nəzərdə tutulmuş ayrıca zallarda qrup halında və fərdi keçilən idman dərsləri - aerobika, kallanetika, pilates, boks dərsləri keçirilir.

Peşəkar məşqçilər komandası hər kəs üçün məşğələlərin fərdi proqramını işləyib hazırlaya, həmçinin uşaqlara və böyüklərə üzməyi öyrədirlər.

Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates - fiziki məşğələlər sistemi olub, bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Bu idman növü və eləc ədə digərləri ilə bağlı müraciət edənlərin sayı artır.

Pilates dərslərində əsas məqsəd - insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, onu uşaqlıq illərində etdiyi kimi - sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır.

Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanıb. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu, o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir. Ümumiyyətlə, bizdə qonaqlara göstərilən xidmətin keyfiyyətini intensiv yüksəltmək üçün daim kreativ və yeni ideyalar tətbiq edilir, tez-tez dəyişikliklər edilir.

Bizimlə boks, üzgüçülük, aerobika və sair idman növləri üzrə yüksək səviyyəli hazırlıq və inkişaf əldə etmək mümkündür.

Sizin sağlamlıq mərkəzində tətbiq edilən güzəştlər barəsində fikirlərinizi bildirərdiniz.

Bizdə başqa sağlamlıq mərkəzlərində olmayan güzəştlər tətbiq edilir. Məsələn, qadınlar və uşaqlar üçün xüsusi güzəşt paketləri var ki, bu da qiymət baxımından çox sərfəlidir. Bu güzəştlərdən yararlanmaq üçün sadəcə, müştəri kimi xidmətlərimizi sınamaq lazımdır.

Yeni aksiyanın şərtlərinə əsasən qadınlar şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. “Aura” Sağlamlıq mərkəzinin üzvləri 3 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər.

Sağlamlıq mərkəzinin üçüncü mərtəbəsində skvoş, stolüstü tennislə məşğul olmaq üçün kortlar və qadınların yoqa, aerobika, kallanetika və pilates dərsləri ilə məşğul olması idman zalı fəaliyyət göstərir.

Yoqa, aerobika, kallanetika və pilates dərsləri dərsləri addım və toplarla keçirilir. Abunə qiymətinə mərkəzin yoqa, kallanetika, pilates və aerobika dərslərində iştirak etmək də daxildir.

Sizdə müəyyən əlamətdar bayramlar, günlərlə bağlı elitar səviyyədə tədbilər keçirilir...

Bəli, biz bütün əlamətdar baramlara öznüəxaas hazırlıqlar görürrük, maraqlı və unudulmaz tədbirlər təşkil edirik. Məsələn, belə tədbirlərdən “Excelsior Hotel & Spa Baku» otelində bu yaxınlarda “yay mövsümünün açılışı” mərasimi kimi yüksək səviyyəli müxtəlif təqdimatların müntəzəm keçirilməsini göstərmək olar.

Tədbirin proqramı məşhur estrada ifaçılarının canlı musiqisindən, hədiyyəli lotereyadan, gecəyə qədər aparıcı-DJ-lərin müşayiəti ilə davam edən rəqslərdən ibarət olub. Mərasimdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri, VİP-şəxslər iştirak ediblər.

Burada yaranmış ab-hava otelin yüksək fəaliyyət səviyyəsini və buna müvafiq onun yüksək nüfuzunu xüsusilə nümayiş etdirirdi. Üstəlik, “AtaBank” MMC-nin və “AtaSığorta” MMC-nin birgə uğurlu iştirakı, lotereya qalibləri üçün təqdim etdikləri hədiyyələr onların nüfuz imicini vurğulamağa, ictimaiyyətə öz brendlərini mükafat simvolu kimi təqdim etməyə imkan verdi. Bundan başqa, 8 Mart, Novruz bayramı, Yeni il və sair bayramlarla bağlı gözəl və original üslublu tədbirlərimizdən müştərilərimiz çox gözəl bir şəkildə zövq ala bilərlər.

Həmçinin, assosiativ müştərilərimiz də bu cü tədbirlərdən çox yaxşıca bəhrələnə bilərlər. Yəni hər hansı bir şirkət kollektivi üçün əlamətdar günlər və ya onların peşələrinə aid günlər də burada çox yüksək səviyyədə təşkil edilir.

Sizdə müştərilərə xidmət üçün pulsuz nəqliyyat vasitələrinin istifadəyə verilməsi və digər xidmətlər arəd nə deyə bilərsiniz?

Hoteldə keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir.

Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparacaq.

Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel Baku” otelinə 496 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Hoteldə keçiirlən toy mərasimləri barəsində nələri deyə bilərsiniz?

“Excelsior Hotel Baku” otelində toy arzusunda olanlar 200 nəfərə yaxın “Afurja” zalı və açıq havada hovuzun ətrafında 400-500 nəfərlik yerdə toy mərasimləri keçirə bilərlər. “Afurja” zalı Avropa standartlarına uyğun avadanlıqla təchiz edilmiş və orada birinci dərəcəli aşbazlar xidmət göstərəcəklər.

Toy mərasiminin iki hissədə: yerin dəyişməsi ilə - şənliyin açıq meydandakı hovuzun yanında davamı, şübhəsiz, əsl rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə nağıl yalnız “Excelsior Otel & Spa Baku”da mümkündür. Toy mərasimi böyük ekranda nümayiş etdiriləcək.

Sonra, tanıtım ekskursiyası zamanı qonaqlar “Afurca” zalı və açıq havada hovuzun ətrafındakı eyvanlarla tanış olublar. “Excelsior Hotel Baku” otelində toy – sadəcə yaxşı seçim deyil, həm də mərasimin fərdi keçirilməsidir.

Bu - ənənənin müasirliklə vəhdəti, gənc ailənin və şənlik təşkilatçılarının arzularının yerinə yetməsidir. Qonaqlar təklif edilmiş rəngarəng və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən məmnun qalacaqlar.

Bundan başqa, əgər siz yaxşı balıq restoranı axtarırsınızsa, onlardan biri - “Excelsior Hotel Baku”-nun yanında yerləşən balıq restoranı "Green House" adlı restorandır. Dünya kulinariya təcrübəsində balıq və dəniz məhsulları artıq uzun müddətdir ki, lider mövqedədir, belə ki, hər bir insanın qida rasionunda zəruridir.

Təbii mənşəyi, hormonların və antibiotiklərin olmaması dəniz sakinlərinə layiqincə ən sağlam və ekoloji təmiz məhsul adını verir. Orqanizmə göstərdikləri faydalı təsir, stress və depressiyalardan azad edən unikal qabiliyyəti isə elm tərəfindən sübuta yetirilib. Məhz buna görə balıq yeməklərinə sevgi sağlam həyat tərzi ilə birgə təsəvvür edilir.






16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment