Bank müdirləri - Bank Avrasiya - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Bank müdirləri - Bank Avrasiya





İdarə Heyəti

Aslanov Fuad Cəbrayıl oğlu
İdarə Heyətinin Sədri

5 mart 1972-ci il tarixdə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini müvəffəqiyyətlə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə "Bank of Baku" SKB-də xəzinədar vəzifəsindən başlamışdır. 1999-cu ildən "Most-Bank Azərbaycan"da (hazırda "Bank Standard" QSC) baş xəzinədar, İdarə Heyəti Sədrinin köməkçisi, Kredit Departamentinin Problemli Kreditlər şöbəsinin müdiri, Problemli Kreditlər Departamentinin direktoru, Kredit Siyasəti Departamentinin direktoru vəzifələrində çalışmışdır. "Bank Standard"da çalışdığı müddət ərzində İdarə Heyətinin Üzvü seçilmişdir. 28 noyabr 2007-ci il tarixindən "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.


Kərimov Rüfət Fuad oğlu
İdarə Heyətinin Sədr Müavini

2 iyul 1963-cü il tarixdə anadan olub. 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Bakı "Ulduz" Zavodunda mühəndis-texnoloq kimi başlamışdır və Mikroelektronika Texniki Bürosunun rəhbəri vəzifəsinə qədər çalışmışdır. 1992-ci ildən "Azakbank" BSB-də Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin müdiri, 1997-ci ildən "Bank of Baku" SKB-də Fondlar Departamentinin direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən "Most-Bank Azərbaycan"da (hazırda QSC "Bank Standard") Maliyyə və Mühasibat uçotu Departamentinin direktoru-baş mühasibi, 2005-ci ildən ASC "Xalq Bank"ın Maliyyə Departamentinin direktoru-baş mühasibi vəzifələrində çalışmışdır. "Xalq Bank"da çalışdığı müddət ərzində İdarə Heyətinin Üzvü seçilmişdir. 8 noyabr 2007-ci il tarixindən "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışmaqdadır.


İsmayılov Arif Xəlil oğlu
İdarə Heyətinin Sədr Müavini

5 avqust 1978-ci il tarixdə anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin "İqtisadi Nəzəriyyə" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin İqtisadi Nəzəriyyə ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə fərqlənmə diplomu ilə magistr elmi dərəcəsini almışdır. Hazırda Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının dissertantıdır. Əmək fəaliyyətinə 2000-ci ildə "Qafqaz İnkişaf Bankı" Birgə Kommersiya Bankında başlamışdır. Həmin bankda kassir, kassa müdiri, baş mühasibin müavini, Valyuta Əməliyyatları Departamentinin Beynəlxalq Hesablaşmalar şöbəsinin baş mütəxəssisi, Valyuta Əməliyyatları Departamentinin direktoru, Maliyyə-Kredit Departamentinin direktoru vəzifələrində çalışmışdır. 1 oktyabr 2007-ci il tarixindən "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışmaqdadır.



     


16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment