Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.
“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov yerli mətbuata müsahibəsində bildirib.
O, şirkətin Rumıniyada fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq bildirib ki, ARDNŞ Rumıniyada öz işini bu ölkənin “Nəqliyyat infrastrukturunun inkişafı” Dövlət Proqramına əsaslanaraq qurur.
“Hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir. Müştərilər SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirlər”, - deyə H. Kərimov vurğulayıb.
www.apa.az