Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 544 060 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.
Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17 087 200 ton neft ötürülüb ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3,6% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-ə qədər BTC-yə 252 228 793 ton neft vurulub. Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə ümumilikdə 418 773 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
www.apa.az