SOCAR-AQŞ ’Günəşli’’ yatağındakı 13 saylı stasionar dəniz özülündən 33 saylı quyuda qazma işlərinə başlayır.
33 saylı quyunun Qırmaki Altı Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılıb və quyunun layihə dərinliyi 3 500 metr təşkil edir. Lahiyələndirilən quyunun illik plana görə, sınaq hasilatının 15 ton kondensat və 150.000 m3 qaz həcmində olacağı gözlənilir.
Bu barədə “APA-Economics”ə SOCAR-AQŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, “SOCAR-AQŞ növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən tikərək təhvil verəcək.
Qeyd edək ki, quyunun qazılması ARDNŞ-in “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilib.
www.apa.az