“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyanın Perm vilayətindən Bakıdan keçməklə İstanbul və Pekinə yeni transfer uçuşları həyata keçirəcək.
“Perm Beynəlxalq Hava Limanı” ASC-dən “APA-Economics”ə bildiriblər ki, uçuşlar mayın 20-dən etibarən başlayacaq.
Qeyd edək ki, Permdən Bakıya bir istiqamət üzrə biletin qiyməti 216 manat təşkil edir. Bakıdan keçməklə İstanbula bir istiqamətə biletin qiyməti 293 manat, Pekinə isə 524 manat təşkil edir.
Xatırladaq ki, mayın 20-dən Perm-Bakı marşrutu üzrə də yeni birbaşa aviareys açılır. Təyyarə Permin “Bolşoye Savino” hava limanından çıxacaq və Heydər Əliyev Hava Limanına enəcək.
Aviauçuşlar həftənin çərşənbə axşamı və cümə günləri “Airbus A320” təyyarələrində yerinə yetiriləcək.
Uçuş 3 saat 35 dəqiqə davam edəcək.
www.apa.az