Bakıda Azərbaycan Dövlət Neft Şirkəti Karyeranın idarə edilməsi Sisteminin tətbiqi ilə bağlı tədbir keçirib.
«APA-Economics»in məlumatına görə, tədbir Azərbaycanda beynəlxalq standartlara uyğun vəzifə standartlarının hazırlanması və qəbul edilməsinə həsr olunub. ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, artıq qurumun informasiya texnologiyaları şöbəsi və Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsi tərəfindən 927 vəzifə standartı hazırlanıb.
Sonra vəzifə standartları ilə bağlı təqdimat keçirilib. Layihənin əlaqələndiricisi Elvin Muradov bildirib ki, bu standart 6 strukturdan ibarətdir. O, vəzifə standartında olan layihənin məqsədi, biznes prosesinin analizi, iş analizi, vəzifə standartı barədə ətraflı məlumat verib.
Bundan başqa, vəzifə standartına işə götürülənin attestasiyası, əmək haqqı ilə bağlı müəyyən analizlər də daxildir. Bu proses işə qəbul prosesini də daha da asanlaşdıracaq.
www.apa.az