|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Şirkəti «Yay Məktəbi-2013» layihəsinə başlayıb |
26.08.2013 | |
| |
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan resursları Departamenti 2010-cu ildə başladığı SOCAR Yay Məktəbi Proqramının davamı olaraq «SOCAR Yay Məktəbi-2013» layihəsinə start verib.
«APA-Economics»in məlumatına görə, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, keçirilən müsabiqə nəticəsində yay məktəbi proqramına 276 nəfər tələbə cəlb olunub. Burada yaxşı oxuyan tələbələr sonradan Türkiyədə «Petkim» zavodunda 4 günlük təcrübəyə göndəriləcək: «Çalışacağıq ki, ən yaxşı tələbələri neftçi ailəsinə cəlb edək, onlara neftçi peşəsi verək. Çünki son zamanlar neftçi peşəsinə yiyələnmək istəyənlərin sayı artıb».
X.Məmmədov bildirib ki, Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrdən biri qəbul imtahanlarında 637 bal toplayıb: «Gənclər SOCAR-ın layihələrinə inanır və SOCAR-ın layihələrində iştirak etmək istəyirlər».
Onun sözlərinə görə, ARDNŞ da öz növbəsində bütün imkanlarından istifadə edəcək ki, ölkədə ən istedadlı tələbələri bu layihələrə cəlb etsin və onlara Dövlət Neft Şirkətində geniş imkanlar açsın.
Şirkət rəsmisi qeyd edib ki, ARDNŞ-ə işə qəbul ancaq bilik və savad əsasında aparılır: «Bu gün SOCAR-ın Yay Məktəbində 2 nəfər xaricdə təhsil alan tələbələr var. Bu da olduqca yaxşı göstəricidir. Biz bu tələbələrə şirkətimizin gələcəyi kimi baxırıq. Güman edirəm ki, bu tələbələrin burada əldə etdiyi təcrübə də onlara həyatda irəli gedə bilməsi üçün böyük imkanlar verəcək».
www.apa.az
|
|
|
|