|
|
|
Neft və qaz | | | Mayın 30-dan Azərbaycan Dövlət Neft Şirkətinə yeni işə qəbul prosesi başlayır |
29.05.2013 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) işə qəbul olmaq istəyənlər mayın 30-dan etibarən Şirkətin internet səhifəsinin «Karyera» bölümünün «İşə qəbul» bölməsinin «Vakansiyalar» panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, veb-səhifədə yeni vakansiyalarla yanaşı, cari ilin mart-aprel aylarında elan olunmuş, lakin doldurulmamış vakansiyalar da yerləşdiriləcək.
ARDNŞ-ın idarə və müəssisələrinə işçilərin qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə sınaq imtahanı), ikinci mərhələsi isə mütəxəssislərdən ibarət komissiya tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Birinci mərhələni uğurla başa vuran namizədlər 2-ci mərhələdə iştirak etmək hüququ qazanır.
www.apa.az
|
|
|
|