|
|
|
Neft və qaz | | | ARDNŞ-ın büdcə ödəmələri 17% artıb |
15.05.2013 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin aprel ayında dövlət büdcəsinə 132 879 min manat vəsait ödəyib ki, bu da ötən ilin aprel ayına nisbətən 11 874 min manat və ya 9,8% çoxdur.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında büdcəyə 518 871 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 444 min manat və ya 17% çox olub.
Bundan əlavə, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 075 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 50 064 min manat təşkil edib.
www.apa.az
|
|
|
|