|
|
|
Neft və qaz | | | Dövlət Neft Şirkəti mart ayında dövlət büdcəsinə 119 milyon 476 min manat vəsait ödəmişdir |
15.04.2013 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin mart ayında dövlət büdcəsinə 119 milyon 476 min manat vəsait ödəmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında büdcəyə 385 milyon 992 min manat ödənmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 570 min manat və ya 119,7 faiz çox olmuşdur.
Bundan əlavə, cari ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 822 min manat vəsait köçürmüşdür ki, bu da ötən ilin mart ayına nisbətən 940 min manat və ya 107,9 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 989 min manat təşkil etmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 389 min manat və ya 103,9 faiz çox olmuşdur.
www.azertag.com
|
|
|
|