|
|
|
Banklar | | | Mərkəzi Bankda ödəniş təşkilatları və elektron pul təşkilatlarının məsul nümayəndələri üçün təlim keçirilib |
02.10.2024 | |
| |
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Maliyyə Monitorinqi Xidmətinin iştirakı ilə ödəniş təşkilatları və elektron pul təşkilatlarının məsul nümayəndələri üçün təlim keçirilib.
Təlim “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın və ““Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in tətbiqi mövzularını əhatə edib.
Təlim zamanı sözügedən qaydaların praktiki məqamları ilə bağlı xüsusi təqdimatlar keçirilib, həmçinin iştirakçıların bu istiqamətdə sualları cavablandırılıb.
|
|
|
|