2 Avqust tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə “Fiziki Şəxslərin Gəlir Vergisi - sual doğuran məqamlar” mövzusunda ödənişsiz seminar keçiriləcək. Qeyd etmək istərdik ki, seminarda Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edəcəklər.
Təlimçi Vergi məsələləri üzrə mütəxəssis Fariz Yadigarovdur.
Seminarda keçiriləcək mövzular:
• Fiziki şəxslərin gəlirlərinin növləri
• Rezidentliyin müəyyən edilməsi qaydası
• Azərbaycan mənbəyindən gəlirin meyarları
• Gəlir növləri üzrə vergi elementlərinin təhlili
• Bəzi azadolma və güzəştlərin tətbiqi məsələləri
• Sualların cavablandırılması
Seminarda iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
Qeydiyyat linki: https://forms.gle/4zfyCq9YFovp5wsq9
Məkan: Bakı KOB Evi (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə)
Zaman:2 Avqust 10:00-14:00.