1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib
01.07.2024

29-30 iyun tarixində “ASAN xidmət"in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçiminin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə M. İbrahimov adına 153, C. Cabbarlı adına 161 və 158 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6 və 7-ci sinfini bitirən 5000-dək şagird iştirak edib.

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ilk mərhələsində şagirdlər riyaziyyat, alqoritm, biologiya, fizika, kimya, ümumi dünyagörüşü istiqamətində sualları cavablandırıblar.

İmtahanın nəticələri bir həftə müddətində yoxlanılıb iştirakçıların valideynlərinə sms və elektron poçt vasitəsilə göndəriləcək.

İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər müsabiqənin növbəti mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaqlar.

“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Laboratoriyada təlim proqramı iki mərhələdən ibarətdir: ilk 24 ay layihə əsaslı tədris və 12 ay komanda dövrü. İştirakçılar 11 fərqli mövzuda (süni intellekt, robototexnika və kodlaşdırma, qabaqcıl robototexnika, elektron proqramlaşdırma və əşyaların interneti, enerji texnologiyaları, nanotexnologiya və materialşünaslıq, aviasiya və kosmik texnologiyaları, mobil tətbiq, kibertəhlükəsizlik, proqram təminatı texnologiyaları, dizayn və istehsal) texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçəcəklər. Hər təlim proqramının sonunda isə komanda şəklində layihələrini inkişaf etdirərək onun nümayişini həyata keçirəcəklər.

“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment