1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib
28.06.2024

28 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Toksikoloqlar Dərnəyinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.

Simpoziumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxış edərək tədbir iştirakçılarını salamlayıblar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun MəmmədovAzərbaycanda zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması kimi problemin aktual olduğunu qeyd edərək, 30 il işğal altında olan torpaqların baxımsız qaldığını, yaşayış olmadığını vurğulayaraq, hazırda burada quruculuq işlərinin aparılmasından, məcburi köçkünlər öz doğma yudrlarına qayıtmasından danışaraq, bununla əlaqədar həmin regionlarda xüsusilə də, yay aylarında ilanların, hörümçəklərin,  əqrəblərin, zərərli həşəratların çoxaldığını bildirib. Həmçinin, İdarə rəisiCeyhun Məmmədov bununla əlaqədar insanların maarifləndirilməsi məqsədilə çap edilmiş “Zəhərli ilanların, hörümçəklərinin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsait haqqında məlumat verib. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov  “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin əhəmiyyətindən danışaraq, bu kitabdan böyük bir tirajla təkcə kitabxanalarda deyil, məktəblərdə də tədrisin bir hissəsi olaraq müxtəlif formalarda istifadə edilməsinin önəmini vurğulayıb. O, qeyd edib ki, ölkəmizdə hazırda bu vəsait həm ölkə vətəndaşları üçün, həm də səhiyyə işçiləri üçün çox vacib məlumatları ehtiva edir. 

Elmi Simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl  Əfəndiyev “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, Mərkəzi Gömrük Hospitalının Təcili Yardım həkimi Leyla Fətullayeva “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə”  mövzularında məruzələr ediblər. Simpozium müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçirilib.

Elmi Simpoziumda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloqlar və rezidentlər iştirak ediblər.

Elmi Simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment