|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçü |
28.06.2024 | |
| |
Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün növbəti təlim keçirilib.
27 iyun 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq növbəti təlim keçirilib.
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova “Vaxtın İdarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Dilarə Zamanova vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri haqqında ətraflı məlumat verib. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
|
|
|
|