|
|
|
Digər xəbərlər | | | ABA və AFBİA arasında onlayn görüş keçirilmişdir |
27.06.2024 | |
| |
27 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) arasında onlayn görüş keçirilmişdir.
Görüş Bakı Fond Birjası ilə kapital bazarında əməliyyatlarla bağlı olmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|