|
|
|
Digər xəbərlər | | | ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir |
25.06.2024 | |
| |
25 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş “Banklarda korporativ idarəetmə Standartları”na dəyişikliklərə ABA tərəfindən hazırlanmış rəy və təkliflər, həmçinin digər cari məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|