1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOBİA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində “yaşıl KOB” konsepsiyası ilə çıxış edir
04.06.2024

KOBİA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində “yaşıl KOB” konsepsiyası ilə çıxış edir 

Məqsəd “yaşıl KOB”ları və “yaşıl startap”ları tanıtmaq və işgüzar əlaqələrini genişləndirməyə dəstək olmaq, KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun və “yaşıl KOB”ların sayının artırılmasını təşviq etməkdir. 

İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb.   

Builki sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “yaşıl KOB” konsepsiyası ilə iştirak edir. KOBİA-nın dəstəyi ilə yaradılmış stenddə KOB subyektlərinin və startapların “yaşıl layihə”ləri nümayiş olunur. Stenddə 10-a yaxın KOB subyektinin alternativ və bərpa olunan enerji, ətraf mühitə təsirin ölçülməsi, təhlükəli tullantıların emalı və ləğvinə dair müxtəlif cihazlar və qurğular, ağıllı suvarma sistemləri sərgilənir, xidmətlər təklif olunur. 

Məqsəd ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbir ərəfəsində yerli “yaşıl KOB”ları və startapların “yaşıl layihə”lərini geniş auditoriyaya tanıtmaq, onların işgüzar əlaqələrini genişləndirməyə dəstək olmaq, KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun və “yaşıl KOB”ların sayının artırılmasını təşviq etməkdir. 

Sərgi çərçivəsində yerli və xarici şirkətlər, eləcə də digər maraqlı tərəflər KOBİA-nın stendinə yaxınlaşmaqla “yaşıl KOB”larla görüşlər keçirə, əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər. 

Qeyd edək ki, “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri iyunun 6-dək davam edəcək. Sərgilərdə 37 ölkədən 300-dək şirkətin məhsul və xidmətləri təqdim olunur.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment