1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş Elmi Konfrans keçirilib
04.06.2024

3 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Abbott şirkətinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Pediatriyada müzakirəli məsələlərə müasir baxış”mövzusundaElmi Konfrans həyata keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək ilk növbədə konfrans iştirakçılarını salamlayıb. O, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib və bu istiqamətdə əsası Ulu Öndər tərəfindən qoyulan qətiyyətli fəaliyyətlərin hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. İ.Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi elmi tədbirlər barədə məlumat verib və konfransın işinə uğurlar arzu edərək hərkəsi sual-cavab sessiyalarında aktiv olmağa dəvət edib. 

Hibrid formatda həyata keçirilən konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova da çıxış edib. 

Konfransın elmi hissəsində Azərbaycan Dövlət Həkimləri  Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, t.ü.f.d.Nigar Hacıyeva “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, Azərbaycan Dövlət  Həkimləri  Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, t.ü.f.d.Sənubər Vəliyeva “Uşaqlarda tonzillit” və Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyeva “Epşteyn Barr infeksiyası – differensial diaqnostika” mövzularında geniş təqdimatla çıxış ediblər və auditoriya tərəfindən verilən sualları cavablandırıblar. 

Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi və Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanan konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment